27 yanvar 2021 08:35
1047

ABŞ və Rusiya prezidentləri razılaşdı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden telefonla danışıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, prezidentlər koronavirus pandemiyasına qarşı mübarizə və ticarət-iqtisadi münasibətlər daxil olmaqla digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bildirilir ki, Putin Baydeni prezidentliyinin başlaması münasibətilə təbrik edib, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin normallaşmasının hər iki ölkənin maraqlarına cavab verəcəyini qeyd edib.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Kremlin mətbuat xidməti Rusiya və ABŞ prezidentləri arasındakı söhbətin ümumilikdə işgüzar və səmimi xarakter daşıdığını qeyd edib.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, telefon danışığı Amerika prezidentinin təşəbbüsü ilə baş tutub.