25 iyun 2019 10:55
486

Abşeronda yol qəzası nəticəsində xəsarət alan var

Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Mehdiabad qəsəbəsində - “Bağlar” yaşayış massivində qeydə alınıb.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçməyə çalışan 1983-cü il təvəllüdlü Tağıyeva Gülşən Fəxrəddin qızı naməlum avtomobillə vurulub.

Yaralı dərhal saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparır.