21 fevral 2020 10:23
2295

Acun İlıcalı baba olacaq 

TV8 kanalının sahibi, məşhur türkiyəli jurnalist Acun Ilıcalı baba olmağa hazırlaşır.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin Seda Başbuğla evliliyindən dünyaya gələn böyük qızı Banu Ilıcalı hamilədir.

Qeyd edək ki, 30 yaşlı Banu üç il öncə universitetdə tanış olduğu sevgilisi Efe Ceyhunla evlənib. Onu da bildirək ki, A.Ilıcalının Banudan başqa Zeynep Yılmazla olan evliliyindən Leyla və Yasemin, Şeyma Subaşı ilə olan evliliyindən isə Melisa adlı qızı var.