03 iyul 2020 15:08
913

ADAU və “Aqro Dairy” MMC-nin arasında növbəti onlayn görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev arasında növbəti onlayn müzakirə keçirilib. Universitetdən “İki sahil”ə daxil olan məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşün məqsədi regional tədris mərkəzinin yaradılması ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi olub.

Görüşdə regional tədris mərkəzinin layihəsinin təqdimatı olub. Təqdimatda mərkəzin məqsədi, idarə edilməsi, inzibati binası, təlim və tədris prosesinin təşkili və qiymətləndirilməsi, tələbələrin təcrübə keçməsi üçüni mkanlar, laboratoriya avadanlıqları təchizat və digər məsələlərin müzakirəsi aparılıb.