09 avqust 2019 13:11
76

Aeroport yolunda avtomobil qəzasında ana və 6 aylıq körpəsi xəsarət alıb

Bakı şəhəri, Aeroport yolunda, Sabunçu keçidinin yanında avtomobil qəzası baş verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində ana və övladı xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməyi sayəsində Pedriatriya İnstitutuna gəliblər: "Təcili Yardıma çağırış Pedriatriya İnstitutuna olub. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müalicələri davam edir".