28 yanvar 2020 16:38
1239

Afinada Avropanın ən böyük robotexnika festivalı keçiriləcək

Aprelin 4-5-də Afinada Avropanın ən böyük robotexnika festivalı keçiriləcək.

Tədbirdə robot texnikası üzrə yarışlar, seminarlar keçiriləcək, tədqiqatçılar, mühəndislər və biznes-ekspertləri öz təcrübə və fikirləri ilə bölüşəcəklər.

Qeyd edək ki, “Robotex” adlı festival ilk dəfə Estoniyada keçirilib, sonra isə beynəlxalq tədbirə çevrilib.