09 yanvar 2020 11:33
336

AFR-də miqrantı güllələyiblər

Alman polislərinə bıçaqla hücum edən kişinin bu hərəkəti ona həyatı bahasına başa gəlib.

Helzenkirhen şəhərində polis məntəqəsinin lap qarşısında bir polis əməkdaşına hücum etmək istəyən 37 yaşlı miqrant asayiş keşikçiləri tərəfindən güllələnib.

Bu şəxs əvvəlcə əlindəki ağacla polis-patrul maşınına zərbə endirib. Maşından çıxan polislər onun sakitləşdirməyə çalışıb, o isə əməllərini davam etdirib. Naməlum şəxs cibindən bıçaq çıxarıb polisə hücum edəndə atəş açaraq onu zərərsizləşdiriblər.

İstintaq burada iki versiyanı araşdırır: hücum edən şəxs ya ruhi pozuntudan əziyyət çəkir, ya da terror aktı törətmək istəyirmiş. //AZƏRTAC