18 mart 2020 12:31
874

Afrika ölkəsində koronavirusa yoluxanların sayı artdı

Cənubi Afrika Respublikasında (CAR) koronavirusa daha 23 nəfər yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zveli Mxize bildirib.

Onun sözlərinə görə, martın 18-də virusa yoluxanların sayı 85 nəfərə çatıb.

Qeyd edək ki, CAR hökuməti vətəndaşlarını İtaliya, İran, Cənubi Koreya, İspaniya, Almaniya, ABŞ, Böyük Britaniya və Çinə səyahət etməkdən çəkinməyə çağırıb.