21 noyabr 2019 13:55
972

Ağdaşda intelektual oyun - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibətilə Ağdaş rayonunda sislsilə tədbirlər keçirilir.

Ötən gün Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Gənclər Birliyi və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Gənc­lərin intellektual inkişafı üçün böyük əhəmiyyət daşıyan oyunda 9 komanda üzrə 54 gənc bilik və bacarığını ortaya qoyub. 2 mərhələdən ibarət yarışda komandalar 24 sual üzrə intellektual səviyyələrini nümayiş etdiriblər.  

 Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunun sonunda ən yaxşı nəticə göstərən “Zirvə” komandası qalib adını qazanıb. İkinci yerin sahibi “Nizami” komandası olub. “Günəş” komandası isə üçüncü yerə layiq görülüb. 

YAP Ağdaş rayon təşkilatının aparat rəhbəri İsa Eminov qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yarandığı gündən ölkəmizin sosial-siyasi inkişafında mühüm yer tutan, hər zaman milli maraqların qorunmasında müstəsna rol oynayan partiyamız bu gün də müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. İ.Eminov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu kimi yarışlar gənclərimizin intellektual biliklərinin artırılmasına xidmət edir.

Sonda qalib komandalara diplom və komanda üzvlərinə hədiyyələr təqdim olunub.

Orxan Vahidoğlu, “İki sahil”