20 mart 2020 18:47
1875

Ağsuda sənaye məhsullarının istehsalı 6,6 dəfə artıb

Ağsu rayonunda cari ilin ilk iki ayında sənaye məhsullarının istehsalı 6,6 dəfə artıb.

Bu barədə rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2020-ci ilin ilk iki ayında 14,1 milyon manat sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diqqətəlayiq dərəcədə çoxdur.

Sənaye məhsulları istehsalındakı artımda regionun ən iri istehsal müəssisələrindən olan “Az-Qranata” MMC-nin şirə və şərab emalı zavodu daha yüksək göstəriciyə nail olub. “Qradus-40”, “Arcahan mobilya” MMC-lər də məhsul istehsalında fərqləniblər.