14 iyun 2019 13:28
259

Ağsuda taxıl sahəsində baş verən yanğın söndürülüb

İyunun 14-də gündüz saat 10 radələrində Ağsu rayonunun Bico kəndi ərazisindəki biçilmiş taxıl sahəsində yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğından dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Hadisə nəticəsində 2,6 hektar biçilmiş, 0,40 hektar isə biçilməmiş taxıl sahəsi yanıb.

Hazırda dəymiş ziyan müəyyənləşdirilir, yanğının başvermə səbəbləri araşdırılır.