07 fevral 2019 10:37
109

“Aker BP”nin yeni kəşfi

Norveçin “Aker BP”  neft kəşfiyyatı və istismarı şirkəti  Şimal dənizindəki  “Alvheyim” yatağında neft və qaz kəşfinə imza atıb. “Froskelar Main” ( digər adı 24/9-14)  kəşfiyyat quyusu  “Frosk” quyusundan sonra qazılıb. “Aker BP”  şirkəti sözügedən quyuda  qazma əməliyyatlarını  keçən ilin fevral ayında qazmışdı. İlkin tədqiqatlara görə,  kəşfdən  45-153 milyon barrel neftin hasil olunacağı güman edilir.

“İki sahil” “offshore-technology.com”  saytına istinadən xəbər verir ki, 24/9-14 quyusu 869 saylı blokda  yerləşir  və Norveç kontinental şelfindəki  mühüm kəşflərdən biri hesab olunur.

Qeyd edək ki, “Aker BP”  sözügedən

blokun operatorudur  və orada  60% payın sahibidir. “Var Energi” və İsveç nəhəngi “Lundin Petroleum” şirkətlərinin  hər biri isə 20% payın sahibidir.

“Aker BP2” şirkəti əməliyyatların uğurla davam etdiyini  və kəşfin yüksək keyfiyyətli olacağını bildirib.