18 sentyabr 2019 11:16
598

Aktual məsələlər müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Suvarma sistemləri idarəsi ərazi ilk partiya təşkilatında bu ilin dekabr ayında Azərbaycan Respublikasında keçirləcək bələdiyyə seçkilərinə hazırlıq, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatındakı rolu və partiyanın təşkilati məsələləri ilə əlaqədar müşavirə keçirilib.

Tədbirdə də çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev  gündəlikdə duran məsələlər haqqında ətraflı məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini hər zaman partiyanın Nizamnaməsi və tələbləri çərçivəsində qurub və ölkə başçısı İlham Əliyevin daxili və xarici siyasətinin ictimaiyyət arasında geniş təbliği istiqamətində davam etdirir.

Qeyd edilib  ki, ölkəmizdə siyasi sabitliyin bərqərar olunması və qorunması, demokratik dəyərlərin təşəkkülü, Azərbaycanda bazar iqtisadiyyatının güclü təməllər üzərində möhkəmlənməsi, Azərbaycan cəmiyyətinin Qərbə inteqrasiyası, siyasi institutların yaradılması və vətəndaş cəmiyyətinin qurulması kimi dövlətimizin qarşısında dayanan tarixi əhəmiyyətli məsələlərin həllində Yeni Azərbaycan Partiyasının və bu partiyada birləşən bacarıqlı insanların çox böyük rolu olub.

F.Vəliyev partiyanın təşkilati və ideoloji-siyasi fəaliyyəti ilə əlaqədar həyata keçirilən müsbət işlərdən danışaraq bildirib ki,  gənclərin partiyada sayının çoxalması və onların təşkilatlarda fəaliyyətləri ilə bağlı yüksək əlaqələndirmə mexanizminin yaradılması, çoxsaylı üzvləri olan ilk təşkilatların idarə olunmasının  təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanılması vacib amillərdir.

F.Vəliyev bu gündən başlayaraq bir çox  ilk partiya təşkilatlarında qrafik üzrə partiya üzvləri ilə görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

Müşavirədə çıxış edən ərazi  ilk partiya təşkilatının üzvləri gündəlikdə duran məsələlərlə bağlı fikirlərini, təkliflərini bölüşüblər.

Vəli İlyasov,

“İki sahil”