12 noyabr 2019 15:10
860

Aktyorlar tamaşa vaxtı səhnədə bıçaqlandılar - ANBAAN VİDEO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən teatrlardan birində tamaşa zamanı üç aktyor bıçaqlanıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə tamaşaçılardan biri tərəfindən mobil telefonla lentə alınıb. 

Tamaşa vaxtı bir nəfər bıçaqla səhnədəki aktyorlara hücum edib və üç nəfəri bıçaqlayıb. 

Məlumatlara görə, cinayətkar saxlanılıb. Hücumun səbəbləri məlum deyil.