19 sentyabr 2019 14:25
732

Aleksandr Lukaşenko: Belarus ev sahibliyi etməyə hazırdır

Belarus 2022-ci ildə UEFA Superkubok oyununa yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko UEFA prezidenti Aleksander Çeferin ilə görüşündə deyib.

Prezident qeyd edib ki, əgər 2022-ci ildə UEFA-nın Superkubok oyununun Minskdə keçirilməsi barədə qərar qəbul olunarsa ölkəsi mötəbər idman tədbirinin yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcək.

Qeyd edək ki, Belarus Futbol Federasiyası 1993-cü ildən UEFA-nın üzvüdür. Cari ildə Minsk futbolun kütləviliyinin artırılmasına dair UEFA-nın konfransına ev sahibliyi edib.