10 yanvar 2020 10:03
189

Aleyna Tilki hava limanında olay çıxardı! VİDEO

Gənc türkiyəli popçu Aleyna Tilki xaricə səyahət etmək üçün gəldiyi İstanbul Hava Limanında olay çıxardı.

“İki sahil” xəbər verir ki, Aleyna Tilki bir sərnişin və xüsusi təhlükəsizlik işçisi ilə mübahisə etdi, şikayət üzrə polis mərkəzində ifadə verdi.

Müğənni Aleyna Tilki İtaliyanın Milan şəhərinə getmək üçün gəldiyi İstanbul Hava Limanında bir sərnişinlə mübahisə etdiyi və təhqir edildiyi iddia edilən xüsusi təhlükəsizlik işçisinin şikayəti əsasında hava limanının polis bölməsində ifadə verib.

Bir müddət polis bölməsində qalan məşhur müğənni daha sonra uçuşunu ləğv edib. Müğənni daha sonra hava limanını tərk edib.

Aleyna Tilkinin mübahisəsi kameradalarda da görünüb.