06 oktyabr 2019 17:05
95

Alimlər fruktozanın qorxulu təsirini aşkar etdilər

Rasionda fruktozanın yüksək səviyyədə olmağı qaraciyərin yağları əritmək xüsusiyyətinə maneə törədir.

Belə bir qənaətə Bostonun Coslin Diabet Mərkəzinin alimləri gəliblər.

Tədqiqatçılar bildiriblər ki, qlükozanın müvafiq miqdarı metabolizmin göstəricilərinə bu şəkildə təsir göstərmir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın müəllifi, Harvard Tibb Məktəbinin professoru Ronald Kan "fruktozanın qaraciyəri yağ yığmağa məcbur etdiyini" müəyyən edib. O, rasiona əlavə edilən böyük miqdarda yağla, demək olar ki, eyni təsir göstərir. Onun sözlərinə görə, qlükozanın səviyyəsinin artırılması isə, qaraciyərin yağları əritməsinə və əslində daha sağlam metabolizmə kömək edir.

"Tədqiqatın ən vacib nəticəsi isə fruktozanın rasionda yüksək miqdarının orqanizmə zərərli olduğunu müəyyən etməyimizdir", - deyə Kan vurğulayıb.

Alimlər araşdırma apararaq, heyvanlar üzərində altı müxtəlif pəhrizin metabolizmə təsirini müqayisə ediblər. Bu pəhrizlərdə qlükoza, fruktoza, eləcə də yağ səviyyəsinin müxtəlif birləşmələri istifadə edilib.

Alimlər CPT1a fermentinin aktivliyini nəzarət altında saxlayıblar. Belə ki, bu ferment mitoxondrinin yağ əridərkən işlərini düzgün şəkildə yerinə yetirməyinə cavabdehdir.
Tədqiqatçılar müəyyən ediblər ki, rasionda yağ və fruktoza yüksək olan zaman fermentin səviyyəsi aşağı olur və mitoxondrilər düzgün işləmirlər.