22 noyabr 2019 19:18
1284

Alimlərin müşahidələrinə görə...

-İnsan bədənində qan dövranı olmayan yeganə hissəsi - gözün  buynuz qişasıdır. Gözün bu hissəsi oksigeni bilavasitə havadan alır.

-Qadın ürəyi, kişi ürəyindən daha tez döyünür.

-İnsan yeganə məxluqdur ki, kürəyi üstündə yata bilir.

-Ana bətnində olan uşaq 7 ayına qədər eyni vaxtda həm nəfəs alıb, həm də uda bilir.

-Alimlərin müşahidələrinə görə, sağ əlini işlədən insanlar solaxaylardan təxminən 9 il daha çox yaşayırlar.

-İnsan bədəninin 80% istiliyi beyindən çıxır.

-Tibbdə göbəyin elmi adı- umblikusdır.

-Şəhadət barmağı insan əlinin ən hissiyyatlı barmağıdır.

-İnsan utandıqca qızarır və bu zaman onun mədəsidə qırmızı rəngdə olur.

-Böyüklərdə qan dövranı 20-28 saniyəyə, yetkinlərdə- 18 saniyəyə, usaqlarda 15 saniyəyə baş verir. Gün ərzində qan bədəni 1.5-2 min dəfə dövr edir.

-İnsan başı 29 fərqli sümükdən ibarətdir.

-Asqırma zamanı ürək dayanır.

- Barmaqların unikal izləri insanlardan başqa koalalarda da olur.

- İnsan həftələrlə ac qalsa dözə bilər, lakin 10 gün  yuxusuz qalsa ölə bilər.

- İnsanın sağ ağ ciyərində, sola nisbətən daha çox hava dövr edir.

- Bədənimizdə 2 kiloqrama yaxın bakteriya yaşayır.

-Yetişkin insanlarda sümük uşaqlardan daha azdır. Anadan olanda uşağın 300-yə yaxın sümüyü olur, böyüdükcə 200-yə qədər azalır.

- İnsan gördüyü yuxuların 90%-ni unudur.

-Sevdiyimiz insana baxanda, göz almacıqlarımız 45% böyüyür.

-İnsan oyaq olanda beynində lampanı yandıracaq qədər elektrik istehsal edir.

-Dünyada yaşayan insanların cəmi 7%-i solaxaydır.

- Yalnız 1% bakterialar insan bədənində narahatlıq törədə bilər.

-İnsan bədəninin yeganə hissəsi dişdir ki, regenerasiyaya malik deyil.

- Bədənimizdə orta hesabla 9000 qələm düzəldəcək qədər karbon var.

-İnsan doğulanda bir neçə müddət kar olur.

-Bədənimizdə olan bütün dəmiri toplasaq  5 sm-lik balaca mismar alınar

- Dünyada 100-ə yaxın viruslardan insanda burunaxma yarana bilər.

-İnsan bədənində cəmi 4 mineral var: apatit, aroqonit, kalsit, kristobalit.

-Uşaqlar yaz fəslində daha tez böyüyürlər.

Samirə Tağıyeva, “İki sahil”