16 noyabr 2019 11:38
193

Alişan xanımı üçün 100 min xərclədi

Türkiyəli müğənni Alişanın aktrisa xanımı Buse Varolla tanışlığının iki ili tamam olub.

Milli.Az xəbər verir ki, bu özəl günü qeyd etmək üçün sənətçi məşhur otellərdən birində 70 min lirəyə lüks otaq tutub. Bununla kifayətlənməyən ifaçı ona böyük gül buketi və 30 min lirəlik çanta hədiyyə edib. Buse isə qarşılığında ərinə bahalı marka kurtka aldığını söyləyib.

Qeyd edək ki, ötən ilin mayında evlənən cütlüyün bir oğulları var.