21 fevral 2019 14:30
555

Alla 47 min təqaüd alır - Xalq qəzəbləndi

Rusiyanın xalq artisti Alla Puqaçovanın digər fəxri adlı məşhurlardan çox təqaüd alması müzakirələrə səbəb olub.

"İki sahil" "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Primadonna"ya 47 min rubl verilməsi həm vətəndaşları, həm də incəsənət nümayəndələrini narahat etməyə başlayıb.

Adi vətəndaşların 14-17 , fəxri adlı sənətçilərin 30 min rubl aldığı halda, Allanın Pensiya Fondundan daha çox maliyyə götürməsi birmənalı qarşılanmayıb. İctimaiyyət onun üçün xüsusi jest edilməsinə qəzəblənib.

Maliyyə skandalına xalq artistinin əri Maksim Qalkin də münasibət bildirib. O, müğənninin 10 il əvvəl 2 min rubl aldığını, hazırda stiuasiyanın dəyişdiyini bildirib. Maksim Allanın 47 min rubl aldığını təsdiqləyib.