30 yanvar 2019 13:32
154

Alman polisi terror aktının qarşısını alıb

Alman polisi ölkənin müxtəlif şəhərlərində terror aktı hazırlayan şəbəkə üzvlərini həbs edib. Bu barədə Almaniya Federal Prokurorluğundan mətbuata açıqlama verilib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Federal Prokurorluğun məlumatında yanvarın 30-da üç İraq vətəndaşının terror aktı təşkil etmə şübhəsi ilə saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanları bu şəxslərin Şlesvinq-Holstein, Maklenburq-Vorpommern və Baden-Vürtenberqdəki mənzillərində axtarış aparıblar. Onların “İslam dövləti” terror təşkilatı ilə əlaqələri araşdırılır.

Federal Prokurorluğun məlumatında qeyd olunur ki, şübhəlilərin terror aktı törətmək üçün hədəfləri hələ müəyyən olunmayıb, lakin onların hansı terrorçu qrupa mənsub olduqları dəqiqləşdirilir.

Bundan əvvəl Almaniyanın hakimiyyət orqanları terror təşkilatları ilə əlaqəsi olan suriyalı mühaciri də Niderlanda ekstradisiya ediblər.