21 may 2020 13:54
195

Almaniya səfiri İlham Əliyevə təşəkkür etdi

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Bu barədə diplomat “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidentinə, onun komandasına, Xarici İşlər Nazirliyinə, əməkdaşlıq üçün cəlb edilmiş digər orqanların səlahiyyətli şəxslərinə bir çox Almaniya və Azərbaycan vətəndaşlarının evlərinə qayıtmalarına imkan verən Berlin və geriyə çarter reysi təşkil etdikləri üçün təşəkkür edirəm. Bu, uzunmüddətli dostluğumuzun yeni bir sübutudur!”, - deyə səfir vurğulayıb. //Azvision.az