25 yanvar 2019 21:23
119

Almaniyada qatardan 500 sərnişin təxliyə olundu

Almaniyanın Frankfurt şəhərində sürət qatarından 500-ə yaxın sərnişin təxliyə olunub.

Trend-in məlumatına görə, buna qatarda bomba olması barədə anonim zəng səbəb olub.

Sərnişinlər qatardan çıxarıldıqdan sonra axtarışlar davam etdirilir.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.