10 iyul 2020 16:23
1302

Almaniyanı silkələyən hadisə

Bu ölkənin casusu baş nazirlikdə saxlanıldı

Almaniya Daxili Kəşfiyyat Birliyinin 2019-cu il hesabatı ötən gün Daxili işlər naziri Horst Seehofer tərəfindən ictimaiyyətə açıqlanıb.

Almaniyada baş nazirliyin mətbuat xidmətinin əməkdaşı uzun illərdir Misirə məlumat sızdırmaqda şübhəli bilinib və istintaq başladılıb.

Almaniya prokurorları şübhəli haqqında dekabrın sonundan etibarən "icra tədbirlərinə" başlayıblar.

Səlahiyyətlilər, Misirin Almaniyada yaşayan əleyhdarlarını təqib etmək üçün bəzi insanları işə cəlb etdiyini təxmin edirlər.

Qeyd edək ki, şəxsin kimliyi, Misirə hansı informasiyaları sızdırdığı barədə məlumat verilmir. Federal Prokurorluq şəxsin casusluqda şübhəli bilindiyini və istintaqın davam etdiyini əsas gətirir. //Publika.az