08 avqust 2019 11:55
71

Almazbek Atambayev: Girov götürdüyümüz polis əməkdaşlarını buraxacağıq

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev onu saxlamaq məqsədi ilə Koy- Taş kəndində keçirilən əməliyyatda iştirak edən və girov götürdükləri təhlükəsizlik qüvvələri əməkdaşlarını azad edəcəklərini bildirib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, A.Atambayev deyib: “Onlar kimlərinsə övladlarıdır, bunu anlayıram. Onları mütləq buraxacağıq. Çoxunu dünən buraxmışıq”.

Xatırladaq ki, ötən gün axşam Təhlükəsizlik Komitəsinin bölmələri sabiq prezidenti saxlamaq üçün paytaxt Bişkekin 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən iqamətgahında xüsusi əməliyyat keçirərək A.Atambayevin tərəfdarlarının müqaviməti ilə üzləşiblər. Nəticəsiz başa çatan əməliyyat zamanı aralarında jurnalistin də olduğu 48 nəfər yaralanıb, onlardan 46 yaşlı zabit xəstəxanada dünyasını dəyişib. 

A.Atambayev tərəfdarları 6 xüsusi xidmət əməkdaşını girov götürüblər.