08 avqust 2019 14:22
88

Almazbek Atambayevin ətrafına toplaşanların sayı artır

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin yaşadığı paytaxt Bişkək yaxınlığındakı Koy-Taş kəndinə onun daha 6 minədək tərəfdarı gəlib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının rəhbəri olduğu Qırğız Sosial Demokrat Partiyasının (QSDP) nümayəndəsi Gündüz Hacıbəyov bildirib.

Yerli KİV isə A.Atambayevin evində uzaqbaşı 200-250 nəfər tərəfdarının olduğunu yazır.

Qeyd edək ki, onu saxlamaq üçün ötən gün keçirilən nəticəsiz əməliyyatdan sonra A.Atambayev hazırkı Prezident Sorunbay Jeenbekovun, hökumətin, Ali Məclisin istefası tələbi ilə tərəfdarlarını QSDP-nin Bişkəkdəki qərargahı qarşısında müddətsiz etiraz aksiyasına çağırıb.