23 sentyabr 2020 10:35
680

Alvaro Morata "Yuventus"da

"Atletiko"nun futbolçusu Alvaro Moratanın "Yuventus"a keçidi rəsmiləşib.

“İki sahil” Turin klubunun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək.

İtaliya mətbuatı "Yuventus"un bu transfer üçün 9 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Morata 2014-2016-cı illərdə də Turin klubunda oynayıb.