16 mart 2020 11:16
862

AMEA-nın əsas binasında dezinfeksiya işləri aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının elmi müəssisələrdə yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə AMEA-da sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.

AMEA-dan bildirilib ki, akademiyanın əsas binası dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunub, Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən virus və onunla mübarizə metodları, tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb.