30 sentyabr 2020 15:12
924

Amerikalı jurnalist Paşinyanın yalanını ifşa etdi

Amerikalı jurnalist Coşua Kuçera Ermənistanın baş naziri Nikol Paşinyanın yalanlarını ifşa edib.

Azvision.az xəbər verir ki, “Twitter”də paylaşım edən jurnalist Paşinyanın Azərbaycan ordusunda suriyalı döyüşçülərin olması barədə çıxışını yalanlayıb.

C.Kuçera Paşinyanın suriyalı döyüşçülərin guya Azərbaycanda şəriət qaydaları tətbiq etməsinə dair fikilərin “Suriyalı döyüşçülər qarışıqlıq yaradır” adlı məqalədən götürüldüyün deyib və bu məqalənin saxta olduğunu bildirib.