Taksi sürücüsü 10 aylıq uşağını döyən ananı polisə verib.
Publika.az xəbər verir ki, hadisə Çinin Siçuan əyalətində baş verib.
Taksiyə minən qadın birdən-birə 10 aylıq uşağını döyməyə başlayıb. Lakin sürücü qadının bu hərəkətinə biganə qalmayıb.
Qadın hərəkətinə görə polislərə ifadə verib. Uşaq isə atasına təhvil verilib.