22 noyabr 2019 12:14
1044

Anadan QANDONDURAN ƏMƏL

Dağıstan Respublikasının Çontaul kənd sakini olan qadın qızını çayda boğaraq öldürdüyünə görə məhkəmə qarşısına çıxacaq.

Bu barədə Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinin məlumatında deyilir.

İstintaqın məlumatına görə, müttəhim 2012-ci il təvəllüdlü qızının təhsili və tərbiyəsi ilə məşğul olmaq istəmədiyi üçün onu öldürmək qərarına gəlir.

Belə ki, 2018-ci il sentyabrın 6-da qadın qızını çayın kənarına apararaq onu suda boğur. Uşağın öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edir.

Qızın cəsədi isə üç gün sonra çayın yatağından tapılıb.

Hazırda cinayət işi ilə bağlı toplanan materiallar baxılması üçün məhkəməyə təqdim ediləcək (report)