15 may 2019 19:14
1459

“Anatolian Phoenix-2019” təlimləri davam edir

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərin növbəti mərhələsində ssenariyə əsasən qəzaya uğramış aviasiya vasitəsi ekipajlarının yerinin müəyyən olunaraq xilas edilməsi məqsədilə axtarış-xilasetmə əməliyyatları həyata keçirilib.