18 noyabr 2019 19:26
781

Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ölkəmizin Ankaradakı səfirliyində konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Ermənilərin türklərə qarşı siyasətlərinin müasir dövrdə əksi: Azərbaycan torpaqlarının 27 il işğalda saxlanılması” mövzusunda keçirilən konfransda rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Konfransda çıxış edən ölkəmizin Türkiyədəki səfir Xəzər İbrahim Azərbaycanın diplomatik xidmət orqanlarının tarixindən və keçdiyi inkişaf yolundan, həmçinin təşkil olunan konfransın əhəmiyyətindən danışıb.

Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev çıxış ediblər.