26 yanvar 2019 12:48
207

Antalyada yenə qasırğa

Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa tüğyan edir.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub.

Qasırğa ilə əlaqədar bir neçə istixana dağılıb və işçilər xəsarət alıb. Bu saata olan məlumata görə, qasırğa nəticəsində yaralananların sayı 5 nəfərdir.

Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.