KÖŞƏ

Mənsumə Babayeva

Anti-milli ünsürlərə Azərbaycan siyasətində yer yoxdur

28 oktyabr 2019 20:16
340

Bu günlərdə ölkəmizin dünyanın yarıdan çoxunun təmsil olunduğu Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycana dünya birliyinin inam və etimadının bariz nümunəsidir. Siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edən Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır. 2011-ci ildən bu nüfuzlu təşkilatın üzvü olan Azərbaycan qurumun müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini yaxşılaşdırmaqla Hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verib. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.

Belə bir vaxtda, yəni Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığı bir şəraitdə ölkəmizi anarxiyaya və xaosa sürükləməyə çalışan radikal müxalifətin üzdəniraq “liderləri” Azərbaycanın uğurlarına ermənipərəst mövqelərindən yanaşaraq ölkəmizə qarşı çirkin kampaniya aparmaqla məşğuldurlar. Bununla da onlar işğalçı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi eyni kampaniyanı təkrarlayırlar. Açıq demək lazımdır ki, “Milli Şura”nın “liderlərinin” səsləndirdikləri açıqlamalar işğalçı ölkənin antiazərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tamamilə üst-üstə düşür. Təkcə onu qeyd etmək kifayətdir ki, radikal müxalifətin oktyabrın 19-da qanunsuz mitinq cəhdlərinin əsas məqsədi ölkə daxilində gərginlik yaratmaq, dövlət strukturlarını adekvat addımlar atmağa məcbur etmək və xaricdə antiazərbaycan şəbəkəsini işə salmaq üçün zəmin yaratmaq idi. Məhz  Qoşulmama Hərəkatının ölkəmizdə keçirilən Zirvə Görüşündən öncə “Milli Şura” tərəfindən atılan addımlar prosesə mane olmaq məqsədi daşıyırdı. Onlar hər vasitə ilə cəmiyyətdə hökumət və onun siyasəti ilə bağlı yaranan müsbət rəyə kölgə salmağa çalışırlar. Reallıq isə budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə qazandığı hər bir uğur radikal müxalifətin iflasını labüdləşdirir.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində “Qoşulmama Hərəkatı, Azərbaycanın milli maraqları və antimilli müxalifətin bəsit təfəkkürü” başlıqlı status yazaraq bildirib ki, Zirvə Görüşündən öncə radikal qrupların prosesə mane olmaq üçün atdıqları addımlar, törətdikləri hüquqazidd hərəkətlər barədə təkrar fikir söyləməyə ehtiyac yoxdur: “Lakin görünən odur ki, radikal müxalifətin xaricdən aldığı sifariş və təlimatlara uyğun formada prosesə mane olmaq cəhdləri iflasa uğradığına və xaricdəki şəbəkənin süni şəkildə ajiotaj yaratmaq səyləri heç bir nəticə vermədiyinə görə, indi də onlar nəzarətlərində olan media və sosial şəbəkələr vasitəsilə bu mühüm siyasi tədbirə qarşı kampaniya təşkil etmək yolunu tutublar. Məqsədlərinə çatmaq üçün hətta tədbirdə iştirak edən dövlət və hökumət başçılarını məsxərəyə qoymaq kimi qeyri-etik, mənəviyyatsız addımlardan belə çəkinmirlər. Bu, radikal müxalifətin beynəlxalq hüquqdan, beynəlxalq münasibətlər sistemindən xəbərsiz, müasir siyasi düşüncədən uzaq, gerizəkalı, bəlkə də ibtidai-icma təfəkkürünə malik olmasının əyani göstəricisidir... Yenə də artıq bir neçə dəfə səsləndirdiyim fikri təkrarlamağa məcburam: biz bu primitiv və ziyanlı təfəkkürlə hərəkət edən müxalifətlə hara gedirik? Cəmiyyət daxilində səsini ucaltmağa, siyasi hakimiyyətə iddia etməyə çalışan bu anti-milli qrupların özbaşınalığına nə vaxtacan dözməliyik?.. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan müxalifət də öz payını götürməli, müasir Azərbaycana müasir azərbaycanlının gözü ilə baxmağa alışmalıdır”.

Göründüyü kimi, radikalların “liderlərinin” beynində hələ də qarışıqlıq və xəyallar hökm sürür, bütün uğursuzluqlara rəğmən, onlar hələ də ağıllanmayıblar. Radikal müxalifət siyasi qüvvə olaraq artıq uzun müddətdir ki, mövcud deyil, çünki elektoratı yoxdur. Onların problemi ondadır ki, onlar öz ölkələrini Vətənləri kimi qəbul etmirlər - çünki şəxsi maraqlar və xəyalların ambisiyaları onlar üçün hər şeydən üstündür.

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...