24 iyun 2020 18:32
527

Aqrar Universitetin yeni tədris korpusunun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.