15 may 2019 12:44
268

Aquero yenidən millidə

"Mançester Siti"nin futbolçusu Serxio Aquero yeni Argentina millisinə çağırılacaq.

Qol.az-ın "Röyters"ə istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Lionel Skolani 30 yaşlı hücumçunu Amerika kubokunun oyunları üçün yığmağa dəvət etməyə qərar verib.

Qeyd edək ki, S.Aquero DÇ-2018-dən sonra yığmaya çağırılmırdı.

Əlavə edək ki, Amerika kuboku 14 iyun - 7 iyul tarixlərində Braziliyada keçiriləcək.