14 may 2019 17:21
101

"Araz" finalda

Futzal üzrə Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib. 

"İki sahil" "Report"a istinadən xəbər verir ki, pley-off mərhələsinin 3-cü oyununda "Araz" və EKOL komandaları üz-üzə gəlib.

Qarşılaşma "Araz"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb (İlk iki oyunun nəticələri - 4:6, 3:0). Ümumi hesabda 2:1 önə keçən "Araz" finala vəsiqə qazanıb. 

Komandanın həlledici görüşdəki rəqibi "Neftçi" İK ilə "Xəzər Cənub" kollektivlərinin duelindən sonra bəlli olacaq. Sözügedən qarşılaşma saat 17:00-da başlayacaq.