09 sentyabr 2019 14:48
132

“Araz”ın oyunlarının təqvimi müəyyənləşib

UEFA Çempionlar Liqasında çıxış edəcək Naxçıvanın “Araz” futzal klubunun oyunlarının təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Belçikada keçiriləcək qrup oyunlarında “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan çempionu birinci görüşünü oktyabrın 9-da “Halle Gooik” komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün “Benfika”, oktyabrın 12-də isə “Xerson” ilə üz-üzə gələcək.