09 dekabr 2019 16:28
752

ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.