20 sentyabr 2019 11:18
923

Arif, Ramiz və Leyla barseqyanlar kimdirlər?

Azərbaycanın sürətli inkişafını görməkdən gözləri ağrıyan Leyla və Arif yunuslar buna dözə bilməyərək ölkədən çıxıb getdilər. Azərbaycanlılara öz düşmənləri kimi baxan bu erməni əsilli məxluqlar hazırda xarici ölkələrdə bizə qarşı qatı düşmənçiliklərini kin-küdurətlə davam etdirirlər. Görəsən Azərbaycanda doğulan, təhsil alan, yaxşı mövqe tutan, firavan yaşayan bu xəyanətkarlarda xalqımıza qarşı bu qədər kin hardandır?

Yunusların sirr kimi saxladıqları tərcümeyi-halları əslində bu suala aydınlıq gətirir.

Arif və onun hazırda ABŞ-da məskunlaşan, ölkəmizə qarşı çirkin kampaniya aparan qardaşı Ramiz yunusların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağın Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda yunuslar analarının sənədlərini dəyişdirərək Dağıstan sakini kimi göstəriblər və bu minvalla Arsalyus Barseqyan dönüb Asiyat Əsgərova olub. Bu işdə onlara İrəvanda keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki olan doğma dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı da Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə həyata keçirilib. Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və Ramiz Yunusların dayıları Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen, Erik, Armen, həmçinin qızı və arvadı Kamella da hazırda Şuşada yaşayırlar. Yunusların xalaları - Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıblar. Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladıqları deyilir. AXC-Müsavat hakimiyyəti dövründə strateji postlarda təmsil olunan yunuslar dövlət sirlərini asanlıqla İrəvana ötürə bilirdilər, sonradan Ermənistanın xeyrinə fəaliyyətlərini vətəndaş cəmiyyəti sektorunda davam etdirdilər. Xatırladaq ki, ermənilərin gəlini olan Leyla o zaman Azərbaycan Müdafiə Nazirliyində məsul vəzifə tutmuşdu və hərbi sirləri ərinin dayılarına asanlıqla çatdırırmış. Günü bu gün də onu və ərini Ermənistanda barseqyanlar kimi tanıyırlar.

Arif və Leyla yunusların - barseqyanların “Azərbaycanda siyasi məhbuslar” siyahısını birlikdə hazırladıqları Suzanna Barseqyan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşıdır və soyad bənzərliyi onların bioloji bağlılıqlarına da diqqət çəkir. Suzanna deyirdi ki: “Azərbaycanlı hüquq müdafiəçiləri” adı altında fəaliyyət göstərən yunusların-barseqyanların əsas işi Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb etmək və rəsmi Bakının qollarını qandallamaqdır.”

Ancaq Suzanna tək deyil, o, Leyla və Arifin arxalarındakı “at ilxısı, köpək sürüsündən” yalnız biridir. Düşmənlərimizin sonrakı məqsədləri də ermənilərin alçaq missiyasını davam etdirmək, yəni “insan haqları, demokratiya” adı altında rəsmi Bakıya qarşı sanksiyaların tətbiqinə zəmin hazırlamaqdır. Leyla və Arifin təşkil etdikləri “Milli Demokratiya İnstitutu” bu cütlükdən və bir neçə ermənidən ibarətdir. Bu “institutun”, daha doğrusu, satqın yuvasının harada yerləşdiyi kimsəyə məlum deyil. Məlumatlara görə, Azərbaycanı şantaj prosesində David Saakyan, Geqam Saakyan, Serop Xaçaturyan, Anuş Şahverdiyan, David Unanyan, Artak Kirakosyan, Ara Kazaryan, Narine Rştuni, David Stepanyan, Step Safaryan, Boris Navasardyan və digər ermənilər də aktiv iştirak edirlər.

Qeyd edək ki, 2002-ci ildə Leyla və Arifin adlarına bank hesabı açılıb və ermənilər onların hesablarına külli miqdarda pullar köçürüblər.

Pula həris olan bu “axçi” və “dığalar” xarici ölkələrdə çörəyini yeyib suyunu içdikləri Azərbaycan əleyhinə ən qəddar düşmən kimi “iş” aparırlar. Bu gün soydaşlarımız tərəfindən lənətlənən xəyanətkarları gələcək nəsillərimiz nifrətlə yad edəcəklər.

Vəli İlyasov,

“İki sahil”