11 iyul 2020 16:42
574

Armen Ohanesyan 10 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyada həddi-buluğa çatmamış pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etmiş həkim Armen Oqanesyan 10 il müddətinə azadlıqdan məhrum olunub.

Sankt-Peterburqda yeniyetmə qız pasiyentlərinə qarşı zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 60 yaşlı həkim-anastezioloq Armen Ohanesyana hökm oxunub. O, beş yeniyetmə qızı narkoz altında olarkən zorlamaqda təqsirləndirilir.

Sankt-Peterburqun “Yuventa” klinikasında çalışan A.Ohanesyan 6 il müddətinə həkimlik fəaliyyəti göstərməkdən də məhrum edilib. //AZƏRTAC