18 fevral 2020 20:55
1353

Armenin yaltaqlığı boşa çıxdı

yaxud türklər Qüdsdə erməniləri necə rəzil etdilər?

Məlumdur ki, vaxtilə Ermənistanda 5000 nəfərlik yəhudi icması yaşayırdı. Sionist ermənilər icmanı gözümçıxdıya saldılar və beləliklə də yəhudilərin ölkədən  köçürülməsini təşkil etdilər. Monoetnik dövlətdə köçüb gedə bilməyən 100 nəfər yəhudi qaldı.  Ona görə də onsuz da sərin olan erməni-yəhudi münasibətlərində soyuqluq bir qədər də artdı. Buna baxmayaraq Qüds şəhərində yuva salmış bir ovuc erməni şəhərdə at oynadırdılar.

Ancaq yaddan çıxmayıb ki,  II Dünya müharibəsində faşistlərə xidmət edən xəyanətkar erməni başkəsənləri yəhudi soyqırımında nasistlərə yardımçı olublar. Onlar Holokostun fəal iştirakçılarıdır və əlləri yəhudi xalqının qanına batıb. Xatırladaq ki, alman hərbi kəşfiyyatında və polisində xidmət edən ermənilər yəhudiləri axtarıb tapır, siyahılarını tərtib edərək almanlara ötürürdülər. Yüz minlərlə yəhudinin güllələnməsində ermənilər şəxsən iştirak ediblər. İndi həmin cəlladların nəvələri Qüdsdə özlərinə rahat şərait yaradıblar. Onlar illərdir ki, bu şəhərdə Türkiyə əleyhinə fəal təbliğat aparır, şər-böhtan yayırdılar. Bu, Qüdsə gələn türklərin diqqətini cəlb edib və onlar həyasızlıqda “ad-san” qazanmış erməniləri nəhayət, öz yerlərində oturdublar.

İsrail mediası Qüdsdə erməni mühacirlərlə türk turistlər arasında uzun müddətdir yaşanan bu gizli qarşıdurmadan yazıb. Yerli mətbuat xəbər verir ki, Qüdsdə ermənilərin kompakt yaşadığı kiçik rayonlar mövcuddur və onlar bu ərazilərdə uzun müddətdir ki, ağalıq edirdilər. Amma Qüdsdəki məscidlər tarixi abidələr siyahısına daxil edildikdən sonra şəhərə yüzlərlə türk turist gəlib.

İsrail mediası yazır ki, bundan sonra ermənilərin bəzi rayonlardakı ağalığına son qoyuldu. Əvvəllər ermənilər öz yaşadıqları rayonlarda müəyyən ermənipərəst tədbirlər keçirir, türklərə və azərbaycanlılara qarşı şantaj kampaniyaları aparır, qondarma soyqırımı mövzusunu gündəmdə saxlayırdılar. Türklər buna son qoydular. Qondarma soyqırımı posterləri şəhərin hər yerindən götürüldü. Onların yerinə isə ermənilərin vəhşilik və ikiüzlülüyünü ifşa edən ifadələr  yazıldı və beləliklə, “Yerinizi bilin!” mesajı verildi”.

İsrail mətbuatı bu gizli savaşın illərlə davam etdiyini və nəhayət, türklərin mübarizələrinin qalibiyyətlə başa çatdığını qeyd edib.

Maraqlısı budur ki, Qüds ermənilərinin məğlubiyyəti Ermənistan prezidenti Armen Sarkisyanın İsrailə səfəri ilə üst-üstə düşüb. Sarkisyan yəhudilərin ermənilərə antipatiyasını bilməmiş deyil, amma erməniliyinə salıb “Tutar qaymaq, tutmaz ayranım əlimdədir” prinsipi ilə hərəkər edib. Lakin bu, orada soyuq qarşılanan və təklifləri rədd edilən Sarkisyana  ikinci zərbə olub. Armenin yəhudilərə etdiyi yaltaqlıqlar isə boşa çıxıb. Belə də olmalı idi, hər kəs əkdiyini biçər.

Vəli İlyasov, “İki sahil”