08 avqust 2019 13:13
94

"Arsenal" iki transfer edir

"Arsenal" müdafiə xəttini 2 futbolçu cəlb etmək üzrədir.

"İki sahil"in Qol.az-a istinadən yaydığı xəbərə görə,  bunlar "Çelsi"dən David Luis və "Seltik"dən Kiran Tirnidir.

"Arsenal"ın braziliyalı oyunçu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir. "Çelsi" onun satışından 8 milyon funt sterlinq qazanacaq. London təmsilçisi 22 yaşlı K.Tirniylə  isə 5 illik müqavilə imzalayacaq və "Seltik"ə 25 milyon funt sterlinq təzminat  ödəyəcək.

Hər iki oyunçunun bu gün "Arsenal"da tibbi müayinədən keçəcəyi gözlənilir.