23 yanvar 2021 20:20
695

"Arsenal"dan ayrılan oyunçu İtaliya klubunda

“Arsenal”dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

"İki sahil" “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçini karyerasını “Latsio”da davam etdirəcək. Roma təmsilçisi yunanıstanlı oyunçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalamaq üçün razılığa gəlib.

Qeyd edək ki, Papastatopulos bir neçə gün öncə 2018-ci ildən bəri çıxış etdiyi “Arsenal”la müqaviləsini ləğv edib.