24 fevral 2020 16:14
1178

Artur Rasi-zadə təltif olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev Artur Rasi-zadəni ordenlə təltif edib

Prezident İlham Əliyev Artur Rasi-zadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.