06 sentyabr 2019 16:31
150

AŞPA prezidenti Azərbaycana səfər edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskie Azərbaycana səfər edəcək.

“Report“un Fransa bürosu xəbər verir ki, səfər sentyabrın 11-12-si tarixlərində baş tutacaq. 

Səfərdə məqsəd Avropa Şurasının 70 illiyi münasibətilə Bakıda keçiriləcək “Bizim hüquqlarımız, bizim azadlığımız, bizim Avropa“ adlı konfransda iştirak etməkdir.