11 sentyabr 2019 16:21
168

Aşura günü baş verən faciəyə görə matəm elan olundu

İraqın Kərbəla şəhərində 3 günlük milli matəm elan olunub.

Publika.az xəbər verir ki, Aşura günü piyada keçidinin çökməsi nəticəsində 31 nəfərin həlak olması şəhəri yasa qərq edib.

İraq Səhiyyə Nazirliyi hadisə zamanı 31 nəfərin öldüyünü, 102 nəfərin yaralandığını açıqlayıb.