08 oktyabr 2019 13:40
118

Asif Məhərrəmov küçəsi yenidən qurulub

Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda A.Məhərrəmov küçəsinin uzunluğu 1,1 kilometr, eni isə ortalama 20 metr təşkil edir. Vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Ümumilikdə, küçəboyu 3872 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolaq asfaltlanıb. Yolun 22,5 min kvadratmetr sahədə asfaltlanması işləri də həyata keçirilib.

Həmçinin avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri görülüb.