09 avqust 2019 14:29
345

Aslan həmkarını QINADI: 50 manata şou proqramda oxuyur...

Müğənni Aslan Hüseynov baha qiymətə toya getdiyini iddia edən sənətçiləri tənqid edib.

"İki sahil" xəbər verir ki, sənətçi ölkə.az-ın əməkdaşı ilə söhbətində bu cür açıqlama verən əksər müğənnilərin 50-100 manata şou proqramlarda çıxış etdiyini bildirib:

"Belə açıqlamalar nəyə lazımdır? Deyir, 10 minə toya gedirəm, amma 50 manata şou proqramda oxuyur. Elə ona görə də insanlar toya dəvət etmək üçün zəng vuranda qiyməti qorxa-qorxa soruşurlar".

Hüseynov toy sahiblərinə dediyi qiymətlər barədə isə bunları deyib:

"Mən bahalı şadlıq sarayında toy edən adamla, ucuzvari yerdə məclis keçirənə eyni qiymət deyə bilmərəm. İnsanları başa düşmək lazımdır".